Canlı
Bakıda iyunun 29-da üzgüçülük estafeti keçiriləcək

2018-06-12 / 18:28

İyunun 29-da Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılmasının 100 illik yubileyi münasibətilə üzgüçülük estafeti keçiriləcək. Böyük Zirə adasında start götürəcək yarış Bakı bulvarında yerləşən Saat qülləsinədək davam edəcək. Əsasən, güc strukturlarından olan iştirakçılar 9800 metr məsafəni qət edəcəklər.

Vüsalə Camal