Bakıda inşaat materialları bazarı yanıb, 1 nəfər ölüb
Bakıda inşaat materialları bazarında baş verən yanğınla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Yanğın məhdudlaşdırılıb. 1 şəxsin həkim briqadası gələnədək ölümü qeydə alınıb. 1 nəfərə isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib. Yanğınla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.