Bakıda iki qətl törədilib
Bakının Binəqədi rayonunda evlərin birində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qədir Qasımov saxlanılıb. Səbail rayonunda isə 1960-cı il təvəllüdlü Adil Xəlilovun üzərində xəsarət izləri olan meyiti tapılıb. Əməli törətməkdə şübhəli bilinən, 1965-ci il təvəllüdlü Mərdan Əsədullayev saxlanılıb. Hər iki fakt araşdırılır.
Nərgiz Camalzadə