Bakıda evdə yanğın olub
Bakının Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yumşaq mebel dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor qarsalanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Vüsalə Cənnətova