Bakıda evakuator avtomobillərə çırpılıb, daşıdığı yük avtomobili yola aşıb
Bakının Sabunçu rayonunda evakuatoru idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə düşüb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa idarəetmədən çıxan evakuator “Opel”ə, daha sonra “Toyota”ya çırpılıb. Qəza nəticəsində “Opel”in sürücüsü də xəsarət alıb.