Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
Bakıda qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus, tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur sakini 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Sultanovun idarə etdiyi "KamAZ" markalı su çəni daşıyan yük avtomobilin toqquşması nəticəsində R.Sultanov hadisə yerində ölüb. Araşdırma aparılır.
27 fevral 2026

