Bakıda daxil olan məlumat əsasında şəhər sakinindən bir büküm heroin götürülüb
2020-08-25 18:09
Bakıda daxil olan məlumat əsasında şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb. Ona narkotik vasitəni satan, əvvəllər məhkum olunmuş Lənkəran sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb. Davam etdirilən tədbirlərlə Abdullayevə narkotiki satan onun xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb. Bu əməliyyat zamanı ümumilikdə 11 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Fərid Mehdiyev