Bakıda döyüş tətbiqinə yararlı sursatlar aşkarlanıb
Bakının Qaradağ rayonunda döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar edilib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya tapılmayıb.
Fərid Mehdiyev