Bakıda dönərdən 21 şagird zəhərlənib
Bakıda uşaqların zəhərlənməsi səbəbilə təcili yardıma 4 məktəbdən və müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. Nəticədə Xəstəxanaya 21 şagird müraciət edib. TƏBİB-dən verilən məlumata görə, onların vəziyyətləri stabildir. 1 uşaq ambulator müalicə üçün artıq evə buraxılıb. Şagirdlər iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Dönərxananın fəaliyyəti dayandırılıb.
Nərgiz Camalzadə