Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
Cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Turnirdə 55 klub və idman cəmiyyətindən 169 cüdoçu mübarizə aparacaq. Yarışın təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-dan etibarən başlayacaq. Azərbaycan birinciliyi dekabrın 13-14-də keçiriləcək.

