Bakıda binada çıxan yanğın nəticəsində 4 nəfər xəstəxanalıq olub
Bakıda beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzildə otaq əşyaları və elektrik naqilləri yanıb. FHN əməkdaşları 45 nəfər bina sakinini təxliyə ediblər. Alov söndürülüb. TƏBİB-dən verilən məlumata görə, 2 qadın tüstüdən zəhərlənmə, 2-si isə bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə xəstəxanaya aparılıb. 10 nəfərə yerində ilkin tibbi yardım göstərilib.
Vüsalə Cənnətova