Bakıda bilyard üzrə Avropa çempionatı keçiriləcək
Bakı Olimpiya İdman Kompleksində iyulun 8-dən 12-dək bilyard üzrə "sərbəst piramida" Avropa çempionatına ev sahibliyi edəcək. Yarışda 10-dan çox ölkədən 100-dən artıq idmançı, o cümlədən 50-dən çox azərbaycanlı bilyardçı iştirak edəcək. Bundan əvvəl isə 5-8 iyul tarixlərində 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku təşkil olunacaq. Azərbaycan bu yarışa ikinci dəfə ev sahibliyi edəcək.
23 iyun 2026

