Bakıda ana və uşağı avtomobil vurub, biri ölüb
Bakıda avtomobil ana və uşağını vurub. Belə ki, 1954-cü il təvəllüdlü Qəmnalı İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən piyadalar 1990-ci il təvəllüdlü Ayişə Aşurova və övladı 2015-ci il təvəllüdlü Aysu Yaqubəliyevanı vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Ayişə Aşurova orada ölüb.
Vüsalə Cənnətova