Canlı
Bakıda adam oğurlayan dəstə zərərsizləşdirilib

Bakıda adam oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Paytaxt sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borclu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib, qardaşı Rüfət Kəngərlini girov götürüblər. Azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını öldürəcəklərini bildiriblər. Əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb. Fakt üzrə cinayət işi açılıb.

Ruhəngiz Hacıyeva