Bakıda ağır yol qəzası baş verib, ölən və yaralanan var
2021-04-14 10:00
Bakıda ağır yol qəzası baş verib. Şahin İsayev idarə etdiyi “Toyota” markalı avtomobildə sükana nəzarəti itirib. Avtomobil idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb. Qəza nəticəsində sürücü Ş.İsayev hadisə yerində ölüb. Sərnişin 1992-ci il təvəllüdlü Bayramov Mahir Əliqulu oğlu isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Nərgiz camal