Bakıda 7 yaşlı uşaq bıçaqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 2015-ci il təvəllüdlü, Yevlax rayon sakini olan uşağa 14 yaşlı yeniyetmə tərəfindən kürək nahiyəsindən bıçaq xəsarəti yetirilib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Azyaşlıya bıçaq xəsarəti yetirən yeniyetmə saxlanılıb. DİN-dən verilən məlumata görə, Sabunçu polisi faktla bağlı araşdırma aparır. İnsident pul üstündə olub.