Bakıda 3 oğurluq hadisəsi törədilib
Bakıda mərc oyunları məntəqəsindən 1530 manat dəyərində lotoreya biletləri, mobil telefon və 3 ədəd noutbuk oğurlamqda şübhəli bilinən Alışan Mehbalıyev saxlanılıb.
Paytaxtda avtomobildən 300 ABŞ dolları və 4000 manatlıq qol saatını oğurlayan Elşad Şirinov da tutulub.
Lökbatanda isə yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10 min lirə olan çantanı oğurlayan Mahir Ağayev məsuliyyətə cəlb edilib. Faktlar araşdırılır.
Fərid Mehdiyev