Bakıda 24 gün əvvəl qətl törədən şəxs tutulub
2021-05-17 10:05
Bakının Nərimanov rayonu ərazisində törədilmiş ağır cinayətin açılması təmin edilib. Prokurorluğdan verilən xəbərə görə, mayın 6-ı saat 11 radələrində Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. Cinayət əməlininin Emil Ağayev tərəfindən 23 apreldə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Fərid Mehdiyev