Bakıda 21 yaşlı fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb
2021-05-31 12:05
Paytaxtın Nərimanov rayonu ərazisində fəhlə - Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna daxil olan məlumat əsasında cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən olunub ki, çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nərgiz camal