Bakıda 2 nəfərdən narkotik vasitə götürülüb
Bakıda əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi avtomobildən 5 kiloqram narkotik vasitə və 45 ədəd çətənə kolu aşkarlanıb.
Paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənovdan da 5 kiloqram marixuana tapılıb. Onların sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən pulla narkokuryerliyə cəlb olunduqlarını müəyyən edilib.
Fərid Mehdiyev