Bakıda əməliyyat keçirilib, narkotik satan silahlı dəstə saxlanılıb
2021-02-25 16:06
Bakının Xəzər rayonu Binə qəsəbəsində silahlı, narkotik satışı ilə məşğul olan dəstə saxlanılıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulan 5 nəfərdən ümumilikdə 1 ədəd lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, həmçinin 5 ədəd həmin silaha məxsus patron, 1 büküm və əlavə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, eləcə də psixotrop maddə olan metamfetamin, həmçinin 1 ədəd istifadəyə yararlı “Walter” markalı tapança və patron darağı götürülüb. Faktlarla bağlı Cinayət işləri başlanılıb.
Vüsalə camal