Bakıda şirkətin anbarından təmir-tikinti materialları oğurlanıb
Bakının Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materiallarını oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev saxlanılıb.Həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar.Faktla bağlı araşdırmalar davam etdirilir.
20 fevral 2026

