Bakıda şəhid ailələrinin evindən oğurluq edənlər saxlanılıblar
2021-11-12 16:05
Bakının Qaradağ rayonunda 2-i şəhid ailəsi üzvü olmaqla 11 sakin polisə evlərindən kombilərin oğurlandığını bildirib. Əməliyyat nəticəsində 12 evdən oöğurluq edən Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev