Bakıda üç avtomobil toqquşub, xəsarət alan var
2021-04-21 10:12
Bakının Nəsimi rayonunda yol qəzası baş verib. İlkin məlumata görə, “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmanın təsirindən “Toyota” daha sonra “Daewoo” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ” markalı maşında olan sərnişin xəsarət alıb.
Fərid Mehdiyev