Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı 2027-ci il 9-13 may tarixlərində keçiriləcək.Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib ki, yarış beynəlxalq federasiyanın rəsmi təqvimə salınıb. Yarış 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına təsnifat mərhələsinə təsadüf etdiyindən, velosipedçilər reytinq xalları uğrunda da mübarizə aparacaqlar.
06 oktyabr 2026

