Bakı və Xocalıda avtoqəzalar baş verib
Bakıda iki maşın toqquşub, ölən və xəsarət alanlar var. Bakıda şəhər sakini, 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva idarə etdiyi avtomobilə nəzarəti itirib və maşın əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Səid Qurbanovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə sonuncu hadisə yerində ölüb, xanım sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Xocalının Çanaqçı kəndində isə Bərdə sakini Mahir Sadıqov "Hyundai" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü və sərnişin, Bərdə sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriblər.
Nərgiz Camalzadə