Bakı və Tiblisi əməkdaşlığı genişləndirir
Gürcüstan Azərbaycanla qaz tədarükü üzrə mövcud 20 illik müqavilənin müddətini daha 20 il uzadıb. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Baş nazir bildirib ki, razılaşma ölkənin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır və Gürcüstan lazımi həcmdə qaz əldə edib. Onun sözlərinə görə, son illər Orta Dəhliz üzrə yük dövriyyəsi yeddi dəfə artıb. Üç ildir fəaliyyəti dayanan Bakı-Tbilisi-Supsa boru kəmərinin işi bərpa olunacaq, Bakı-Tbilisi-Qars dəmir yolu isə ayın sonunda yenidən fəaliyyətə başlayacaq. Baş nazir bütün razılaşmaların Gürcüstanın tranzit rolunu gücləndirəcəyini vurğulayıb.
21 may 2026

