Bakı və Qaxda yol-nəqlyyat hadisələri baş verib, ölən və yaralanan var
Bakının Nərimanov rayonunda P.Mahmudovun idarə etdiyi "Kia Sorento" ilə Abdıyev Niyaz Qulu oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qaxda isə “VAZ 21099” idarəetmədən çıxaraq yolun kənarında radar quraşdırılmış dəmir dirəyə çırpılıb. Avtomobildə olan sərnişin - Tərtər sakini 1988-ci il təvəllüdlü Rəqsanə Abdulla qızı Həsənova aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.