Bakı və Abşeronda oğurluq edənlər saxlanılıblar
Bakının Nərimanov rayonunda mağazaların birindən 80 000 manat dəyərində inşaat materialları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən, Göyçay sakini Nazir Cavadov və Ağdaş sakini Mehman Məcidov saxlanılıblar. Abşeron rayonunda isə gözəllik salonlarının birindən 20 000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb. Cinayətdə şübhəli bilinən, paytaxt sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov tutulublar.
Nərgiz Camalzadə