Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət edilib
Bakı-Tbilisi qatarı ilə səfər edən sərnişinlərdən əlavə sənədlər tələb olunacaq.Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Minik zamanı sərnişinlər biletlə yanaşı pasportun əslini təqdim etməlidirlər. “Mygov” platformasından əldə olunan rəqəmsal sənədlər keçərli sayılmır.Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortası da mütləqdir.Həmçinin 5 yaşadək uşaqlarla səfər zamanı onların adına rəsmiləşdirilmiş pulsuz bilet təqdim olunmalıdır. Bir valideynlə səyahət edən uşaqlar üçün digər valideynin, başqa bir böyüklə gedən uşaqlar üçün isə hər iki valideynin notarial təsdiqli icazəsi tələb edilir.Bakı-Tbilisi qatarının ilk reysi bu gecə saat 23:10-da yola düşəcək.
25 may 2026

