Bakı-Tbilisi-Qars dəmir yolunun Qars Logistika Mərkəzində aparılan işlər sona çatıb
2020-11-30 12:09
Bakı-Tbilisi-Qars dəmir yolunun Qars Logistika Mərkəzində aparılan işlər sona çatıb. Əvvəlcə 19 ayrı xətt üzrə 400 min kvadratmetr ərazidə 500 nəfərin fəaliyyət göstərəcəyi və 80 min kvadrat metrlik konteyner ehtiyat sahəsi olan Mərkəzin 7 kilometrlik dəmir yolu xətti BTQ-yə birləşdiriləcək. Gömrük prosedurlarında bütün yüklər Türkiyədən Gürcüstana keçərək Orta Asiyaya daşınacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunda yük daşımalarını davamlı edəcək.
Vüsalə Camal