Canlı
Bakı-Tbilisi-Qars dəmir yolundan rels oğurlamış şəxslər saxlanılıb

2017-12-07 / 14:01

Gürcüstan Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları 3 nəfəri oğurluq üstündə saxlayıblar. Həmin şəxslər noyabrın 21-də bölgənin Ninotsminda şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Marabda-Kartsax” hissəsindən relslər oğurlayıblar. Saxlanılan şəxslər dəmir yolu relslərini çəkmiş “Dəmiryol Servis” MMC-nin əməkdaşlarıdır. DİN oğurlanmış relsləri maddi sübut kimi müsadirə edib. Faktla bağlı cinayət işi açılıb.

Ruhəngiz Hacızadə