Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.Bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Azərbaycana səfəri çərçivəsində əldə olunub.
19 may 2026

