Bakı, Sumqayıt və Abşerona giriş dayandırılıb
2020-03-19 10:00
Bu gündən etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Adı çəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub.
Fərid Mehdiyev