Bakı-Sumqayıt şossesində, Beynəlxalq Avtovağzalın qarşısında qəza baş verib
2021-06-14 10:06
Bakı-Sumqayıt şossesində, Beynəlxalq Avtovağzalın qarşısında qəza baş verib. “Mitsubishi” markalı avtomobilin qarşısına maneə çıxdığı üçün sürücü qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə hərəkətdə olan “Renault” , “BMW” , “Chevrolet” , və “Range Rover” markalı avtomobillər ardıcılıqla bir birinə çırpılıb. Qəza nəticəsində “Chevrolet” markalı avtomobildəki qadın sərnişin xəsarət alıb.
Fərid Mehdiyev