Bakı sakinlərindən silah-sursat götürülüb
Bakının Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub. Əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Əşrəf Məmmədovun üzərində də “Kalaşnikov”, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev