Bakı sakini bıçaqlanıb, Samux sakini isə döyülüb
Bakının Sabunçu rayonun Maştağa qəsəbəsində 32 yaşlı Əlyar Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev saxlanılıb.
Samuxun Yenikənd kəndində yerli sakinlər Elçin Ələkbərov və Səbuhi Musayev aralarında yaranmış münaqişə ilə bağlı mübahisə edərək dalaşıblar. Bu zaman Elçin yerdən götürdüyü daş parçası və yumruqla həmkəndlisinin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarət yetirib.
Faktlar araşdırılır.
Lalə Nəsib