Bakı-Qazax yolunun Goranboyun Dəliməmmədli şəhərindən keçən hissəsində qəza olub
2020-01-30 10:05
Bakı-Qazax yolunun Goranboyun Dəliməmmədli şəhərindən keçən hissəsində qəza olub. “Mercedes Vito” markalı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sərnişini - Şəmkir sakini 53 yaşlı Əhmədov Hikmət Fərman oğlu hadisə yerində ölüb, 6 nəfər isə yaralanıb. Xəsarət alanların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Vüsalə Camal