Bakı-Qazax avtomobil yolunda qəza hadisəsi

2019-08-14 12:10

Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində hərəkətdə olan "Nissan" idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə Bakı sakinləri 45 yaşlı Könül Abdullayeva, 64 yaşlı Güldəstə Məmmədova və 9 yaşlı Zöhrab Oruclu yüngül xəsarət alıb və ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar.

Vüsalə Camal