Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb
2020-12-29 14:09
Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək həbs edilən Kərimzadə Rüstəm Fuad oğluna tanışı tərəfindən gətirilən sovqata baxış keçirilib. Bu zaman orada olan yemək qazanının alt hissəsində xüsusi üsulla düzəldilən gizli saxlanc yerində danışıq kartı olan bir ədəd mobil telefon aparatı aşkar edilib.
Nərgiz Camal