Bakı-Gəncə sürət qatarlarının hərəkəti bərpa olunur
2021-03-18 12:10
Sabahdan etibarən Bakı-Gəncə sürət qatarlarının hərəkəti bərpa olunur. Artıq bu gündən biletlərin satışına start verilib. Gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata qaldırılıb. Bilet alarkən yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd, əks-göstəriş və ya immunitet sertifikatı tələb olunacaq.
Vüsalə camal