Canlı
Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq

2018-10-12 / 12:25

“Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. “Bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Vaqonlarda “Wi-Fi” quraşdırılacaq. 159 km/saat sürət sınaqdan keçirilib. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir".

Fərid Mehdiyev