Bakı Enerji Həftəsi çərçivəsində bir sıra iqtisadi müqavilələr imzalanıb
Bakıda keçirilən Enerji Həftəsi və 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində ümumi dəyəri 7,5 milyard dollar olan mühüm sazişlər imzalanıb. Sənədlər enerji, investisiya, süni intellekt, qaz ixracı və strateji layihələr üzrə əməkdaşlığı əhatə edir. Azərbaycan və ABŞ arasında kritik mineralların və nadir torpaq elementlərinin hasilatı ilə bağlı çərçivə sənədi də imzalanıb.SOCAR beynəlxalq tərəfdaşlarla bir sıra iri layihələr üzrə razılaşmalar əldə edib.Tədbir çərçivəsində Azərbaycan - ABŞ İqtisadi Dialoqunun yekun protokolu da imzalanıb.

