Canlı
Bakı-Şamaxı-İsmayıllı magistralında avtomobillərin hərəkəti çətinləşib

2018-03-13 / 16:05

Yolu Şamaxı istiqamətinə düşənlərin nəzərinə. Yağan qar, yolun buz bağlaması, eləcə də müşahidə edilən duman hərəkəti çətinləşdirib. Bakı-Şamaxı-İsmayıllı magistralında avtomobillərin normal gediş-gəlişini təmin etmək üçün 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası yollara qum-duz qarışığı səpir, yollar qardan təmizlənir. Ərazidə havanın şaxtalı olması səbibndən yolların yenidən buz bağlayacağı istisna edilmir. Bu istiqamətdə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Fərid Mehdiyev