Bakı şəhərinin Suraxanı rayonunda yerləşən obyektdə yanğın hadisəsi baş verib
2021-05-30 10:06
Bakı şəhərinin Suraxanı rayonunda yerləşən obyektdə yanğın hadisəsi baş verib. Ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansard tipli obyektin lambirindən ibarət tavanı 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrini 5 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Vüsalə camal