Bakı–Belqrad arasında aqrar sahədə əməkdaşlıq genişlənir
Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.O qeyd edib ki, Azərbaycandan Serbiyaya məhsullar xüsusi endirimlə və qəbuledilən qiymətlərlə ixrac olunur. Vuçiç bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Serbiyanın da Azərbaycana təklif edəcəyi çox məhsulun olduğunu bildirib.
16 fevral 2026

