Bakıda dəhşətli qəza baş verib, 5 nəfər ölüb, 21 nəfər yaralanıb
2021-10-13 10:05
Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Shacman” markalı yük avtomobili 171 nömrəli marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində 5 nəfər ölüb 13-ü ağır 21 nəfər xəsarət alıb. Onlardan 11-i kişi 10-u qadındır. Hadisəyə səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasıdır. Faktla bağlı cinayət işi açılıb.
Fərid Mehdiyev