Canlı
Badmintonçularımız “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər

2018-01-11 / 12:02

Badmintonçularımız fevralın 5-dən 8-nə kimi İranın Zəncan şəhərində keçiriləcək “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər. Komandamız yarışda 5 badmintonçu ilə təmsil olunacaq. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən turnir şəxsi xarakter daşıyır. Sayca 25-ci dəfə keçiriləcək yarışda ümumilikdə 20 ölkənin idmançılarının iştirakı gözlənilir.

Ruhəngiz Hacızadə