Canlı
Baba və nəvə olmaqla 5 nəfər Ağdamda qəzaya düşdü

2018-07-12 / 15:57

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Üçoğlan kəndində Rövşən Allahverdiyevin sürdüyü “VAZ” 2107 “Hyundai”la toqquşub. Nəticədə VAZ-ın sürücüsü və maşında olan nəvəsi, 10 yaşlı Leyla Allahverdizadə, Klara Allahverdiyeva, Şamxal Axundov və Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fərid Mehdiyev