2020-10-05 13:05
İşğalçı ölkənin silahlı qüvvələri bu gün Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub. Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib ki, prokurorluq əməkdaşları zərərçəkmiş şəxslərin və zərər dəyən mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Nərgiz Camal